Cümə, 03 May

"ABŞ-nin nüvə bombaları Polşada yerləşdirilsə..." - Peskov

image

"Polşa ərazisində ABŞ-nin nüvə silahları görünsə, Rusiya buna cavab verəcək". 

Xəbər verilir ki, bu barədə jurnalistlərə müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hərbçilər bu cür planların həyata keçirilməsini təhlil edəcək və təhlükəsizliyimizi təmin etmək üçün bütün lazımi cavab addımlarını atacaqlar", - Peskov vurğulayıb.

Söhbət Polşa ərazisində Amerika nüvə silahının görünməsini istisna etməyən Polşa prezidenti Anjey Dudanın sözlərindən gedir.

Bu arada Polşa uzun müddətdir ki, öz ərazisində xarici nüvə silahlarının yerləşdirilməsini tələb edir. Onun sözlərinə görə, Rusiya taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsindən sonra Polşa indi də "ən yüksək səviyyəli təhlükəsizliyə sahib olmaq istəyir".

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15